Azərbaycan "Qaz" avtomobillərini 3 ölkəyə ixrac edə bilər
"Yeni avtomobil zavodunun işləməsi üçün məhsulların bir hissəsi Rusiyada hazırlanır. Bu avtomobillər eyni zamanda Azərbaycanda buraxılmaqla yerli bazar üçün daha sərfəli olacaq. Bundan başqa üçüncü ölkəyə ixracla bağlı İran, Gürcüstan və Türkiyə bazarı ətrafında müzakirələr aparılır. Bu isə o deməkdir ki, hər iki ölkə daha çox iş yeri açacaq və ölkə vətəndaşlarının gəlirlərinin, həyat şəraitinin yüksəlməsinə imkan verəcək.
Dünən biz Dağıstanda olduq və orada nəqliyyat problemi ilə bağlı müzakirələr apardıq. Artıq bu problemlərlə bağlı məsələlər həll olunmaq üzrədir. Samur çayı üzərində körpü yaxın vaxtlarda istifadəyə veriləcək. Bu isə ölkə vətəndaşlarının bir dövlətdən digərinə keçməsi və sahibkarlıq üçün daha yaxşı şərait yaradacaq. Əməkdaşlıq davam edir və onun konkret nəticələri var".
Aytən Zəhra
Azvision.az
Teqlər: Rusiya