“İşsizin DOSTu” proqramı 23 min nəfərə iş tapıb
“İşsizin DOSTu” proqramı Prezident İlham Əliyevin təşəbbüsünə əsasən və haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulması və genişləndirilməsi məqsədilə hazırlanaraq icra olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən cari ilin əvvəlindən icra olunan proqram çərçivəsində 30 min nəfərin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub. İndiyədək 23 min nəfərdən çox işsiz ödənişli ictimai işlə təmin olunub.
Azvision.az