İki poçt şöbəsi yenidən qurulub - FOTOLAR
Eyni zamanda, depozit və kredit istisna olmaqla, bütün maliyyə xidmətlərindən də yararlanmaq, “SmartPay” ödəniş sistemi vasitəsilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə də ödəniş etmək mümkündür. Bundan başqa, 22 saylı poçt şöbəsində həftənin 7 günü 24 saat ərzində valyuta mübadiləsi əməliyyatlarını həyata keçirtmək imkanı yaradılıb.
Poçt filial və şöbələrinin modernləşdirilməsində əsas məqsəd vətəndaşlara yüksək standartlara uyğun xidmət göstərilməsi, onların rahatlığının təmin edilməsi, əlavə vaxt itkisinin qarşısının alınması və şəffaflığın artırılmasıdır. Qeyd edək ki, “Azərpoçt” MMC-nin 63 Poçt filialı, 7 Rabitə qovşağı, 4 törəmə müəssisə, 1 497 Poçt şöbəsi və 83 Poçt agentliyi mövcuddur.
Azvision.az
Teqlər: Azərpoçt