Vakant dövlət qulluğuna müsahibə elan olundu

Vakant dövlət qulluğuna müsahibə elan olundu
  05 Fevral 2019    Oxunub:1992
Dövlət İmtahan Mərkəzi tərəfindən 2019-cu il 5 fevral tarixində 3 dövlət orqanında inzibati vəzifələrin 4-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.
Mərkəzdən Azvision.az -a verilən məlumata görə, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə və məhkəmələrdə olmaqla 5-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər), 6-sı isə B növü vəzifələrə (inzibati icraçı) aiddir.

Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Hesablama Palatasında sektor müdiri və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Qida Təhlükəsizliyi Agentliyində regional bölmənin rəhbəri vəzifələridir. Ümumilikdə isə, Hesablama Palatasında 5, Qida Təhlükəsizliyi Agentliyində 5, Gəncə Apelyasiya Məhkəməsində 1 vəzifə olmaqla 11 vakant vəzifə ümumi müsahibə elanına çıxarılıb.

Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.

Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 5 fevral 2019-cu il tarixindən 7 mart 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidirlər.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti