“Naxçıvan ölkə üzrə ən yüksək nəticəni göstərib” - DİM rəhbəri

“Naxçıvan ölkə üzrə ən yüksək nəticəni göstərib” -  DİM rəhbəri
  05 Fevral 2019    Oxunub:2767
Naxçıvan Dövlət Texniki Kollecində ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsi və ali təhsil müəssisələrinə qəbul imtahanlarında tətbiq ediləcək yeni qaydalar və modellər haqqında plenar iclas keçirilib.
Azvision.az -ın məlumatına görə, plenar iclasda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, bu ildən etibarən təhsil pillələrinin bütün səviyyələrini əhatə edən yeni qiymətləndirmə mexanizmlərinin tətbiqinə başlanılıb. Cari tədris ilində XI sinfi bitirən şagirdlər yeni məzmun əsasında ümumi təhsili başa vuran ilk məzunlar olacaqlar. Bu səbəbdən də onların buraxılış imtahanlarının yeni formatda təşkili ilə bağlı yeni qaydalar hazırlanıb.

Keçirilən elmi metodiki seminar da məhz bu məqsədlə təşkil olunub. Bu yeni qaydalar haqqında geniş məlumat verən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış imtahanlarının slayd vasitəsi ilə təhlilini aparıb. Qeyd olunub ki, xəritə üzrə balların toplanmasında IX və XI sinif şagirdləri arasında muxtar respublika ölkə üzrə ən yüksək nəticəni göstərib.

Sonra Bakı şəhərindən gələn mütəxəssislər tərəfindən Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri üzrə seminarlar keçirilib.

Keçirilən seminarlarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, Şəhər, rayon Təhsil şöbəsinin müdirləri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarının müvafiq fənn müəllimləri iştirak ediblər.

Azvision.az


Teqlər: Naxçıvan   İclas  





Xəbər lenti