DİM-də elmi-metodik seminarlar keçirilib

DİM-də elmi-metodik seminarlar keçirilib
  01 Fevral 2019    Oxunub:2691
Dövlət İmtahan Mərkəzində (DİM) biologiya, tarix, coğrafiya, riyaziyyat fənləri üzrə hazırlıq kurslarının 3-cü dərsi və elmi-metodik seminarlar keçirilib.
DİM-dən Azvision.az -a verilən məlumata görə, moderatorlar yeni təhsil proqramları (kurikulumlar) əsasında qiymətləndirmə vasitələrinin hazırlanması və tapşırıqların formalarına aid təqdimatlarla çıxış edib, iştirakçıların suallarını cavablandırıblar.

Biologiya fənni üzrə keçirilən elmi-metodik seminarda 23 nömrəli tam orta məktəbin müəllimi Fəridə Əliyeva 7-ci sinif “Biologiya” dərsliyinin məzmunu haqqında təqdimat edib. Tarix fənni üzrə seminarda Bakı şəhəri 102 nömrəli tam orta məktəbin müəllimi Ruslan Rzayev 9 və 11-ci sinif “Ümumi tarix” dərsliklərinin məzmununu müqayisəli təhlil edib. Coğrafiya fənnindən keçirilən seminarda AMEA-nın elmi işçisi Elvin Soltanov “Coğrafiya” dərslikləri üzrə “Kartoqrafik təsvir vasitələri” bölməsinin məzmununa aid təqdimatla çıxış edib. Riyaziyyat fənni üzrə seminarda 6-cı sinif “Riyaziyyat” dərsliyinin məzmunu haqqında Bakı şəhəri 313 nömrəli tam orta məktəbin müəllimi Asif Cümşüdov danışıb.

Müzakirələrdə Bakı, Sumqayıt şəhərlərinin ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər, AMEA-nın müvafiq sahə üzrə mütəxəssisləri iştirak ediblər. Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələr hazırlanması və onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərarlar qəbul olunub.

Növbəti seminarlarda müzakirələr davam etdiriləcək.

Azvision.az


Teqlər: DİM  





Xəbər lenti