Bu yolda təhlükəsizlik sədləri təmir olunur

Bu yolda təhlükəsizlik sədləri təmir olunur
  31 Yanvar 2019    Oxunub:1695
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Hacıqabul hissəsində qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.
Avtomobil Yolları Dövlət Agentliyindən Azvision.az -a verilən məlumata görə, işlər bir-neçə gün ərzində davam etdiriləcək.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Azvision.az



Teqlər: AAYDA   Yol  





Xəbər lenti