Kralın səfərindən sonra bayraq qalmaqalı - FOTO

  Kralın səfərindən sonra bayraq qalmaqalı -    FOTO
  31 Yanvar 2019    Oxunub:2431
İspaniya Kralı VI Filipin İraqa səfəri qalmaqala səbəb olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, Kralın olduğu təyyarədə İraqın 29 il əvvəlki bayrağının asılması görənləri təəccübləndirib. Bu hadisə sosial şəbəkələrdə geniş etiraz doğurub.

Bayraq qalmaqalında İspaniya səfirliyi tənqid atəşinə tuş gəlib. Səfirlik dərhal açıqlama yayaraq İraq xalqından yol verilən yanlışlığa görə üzr istəyib.



Qeyd edilib ki, İspanya təyyarəsindəki bayraq 1968-ci ildə hakimiyyətə gələn Baas rejiminə məxsus olub. Səddam Hüseyn 1991-cü ildə bayrağa dəyişiklik edərək üzərinə "Allahu Əkbər" sözlərini əlavə edib. Onun hakimiyyətdən devrilməsindən sonra dövlət bayrağı yenidən dəyişdirilib.

Azvision.az



Teqlər: İspaniya   İraq   Bayraq  





Xəbər lenti