Ötən il Naxçıvan Muxtar Respublikasında 3634 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub.
Azvision.az -ın məlumatına görə, onlardan 2976-sı məşğulluq xidməti orqanları tərəfindən işə düzəldilənlər, 588-i Azərbaycan Respublikası Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə göndərilənlər, 70-i isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təşkil edilmiş imtahanlarda müvəffəqiyyət qazanaraq vakant dövlət qulluğu vəzifələrinə təyin olunanlardır.