İnsan təkamülünün daha bir halqası tapıldı

İnsan təkamülünün daha bir halqası tapıldı
  29 Yanvar 2019    Oxunub:2842
10 il əvvəl Cənubi Afrikada tapılmış daşlaşmış qalıqların insanın təkamülündə vacib halqalardan biri olduğu aydınlaşıb.
2008-ci ildə CAR-ın Yuhannesburq şəhərinin yaxınlığında tapılan daşlaşmış sümüklər bundan 2 milyon il əvvəl yaşamış yetkin qadına və yetkinlik yaşına çatmamış kişiyə aiddir. Yeni növ “Australopithecus sediba” adlandırılıb.

“Australopithecus sediba”nın qalıqlarını tədqiq edərkən alimlər onun “Homo” cinsi ilə sıx qohumluğunun olduğunu aşkarlayıblar. Bəlli olub ki, bu növ insanabənzər primatlarla ilk insanlar arasındakı təkamül prosesində çatışmayan halqalardan biridir.

Güman edilir ki, “Australopithecus sediba” Afrika avstralopiteki ilə əmək alətləri hazırlamağı bacaran “bacarıqlı insan” arasında bundan 1,5 - 2,1 milyon il əvvəl mövcud olmuş keçid mərhələlərindən biridir. Avstralopiteklə müqayisədə “Australopithecus sediba”nın əlləri alətləri daha yaxşı tuta bilməyə uyğunlaşıb.

Tariyel



Teqlər: Təkamül   Elm  





Xəbər lenti