“Nar” PR mütəxəssislərinin forumuna dəstək oldu
“Azerfon”un İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundov bildirib ki, Türkdilli Dövlətlərin PR mütəxəssislərinin Birinci Bakı Forumu peşəkarların PR sahəsində yeni tendensiyaları müzakirə etməsi baxımından əhəmiyyətlidir: “Forum Azərbaycan məhsullarının tükdilli ölkələrlə yanaşı, dünyada tanıdılması baxımından vacibdir. Bu cür tədbirlər peşəkar mütəxəssisləri bir araya toplamaqla, həm öz təcrübəmizi bölüşməyə, həm də gələcək addımları müzakirə etməyə kömək edir”.
Qeyd edək ki, Forumun əsas məqsədi türkdilli dövlətlərin PR mütəxəssisləri arasında əməkdaşlığı genişləndirmək, PR-da strateji yanaşmaları, mövcud problemləri, perspektivləri müzakirə etmək və bu sahənin inkişafına dəstək olmaqdır.
Azvision.az