Bank sektorunun kredit portfeli 11,4% artıb
Dekabr ayında fiziki şəxslərin əmanətləri 3,5% (279,8 mln. manat) artaraq 8,269,7 mln. manat təşkil edib. 2018-ci il ərzində isə fiziki şəxslərin əmanətlərində 9,6% (727,2 mln. manat) artım olub.
2018-ci ili bank sektoru mənfəətlə başa vurub. Banklar 694,6 mln. manat əməliyyat mənfəəti, 279,4 mln. manat məbləğində xalis mənfəət generasiya edib.
Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 130, ATM-lərin sayı 2 502 olub. Bank sektorunun işçi heyətinin artım trendi dekabr ayında da davam edib. Belə ki, dekabrda işçi sayı 0,5% (94 nəfər) artaraq 17 415 nəfər təşkil edib. Ümumilikdə isə 2018-ci ildə bank sektorunda çalışanların sayı 7,7% (1 244 nəfər) artıb.
Azvision.az
Teqlər: Bank