Xəzərin sahilində torpaqları zəbt edənlər cəzalandırılıb

   Xəzərin sahilində torpaqları zəbt edənlər cəzalandırılıb
  28 Yanvar 2019    Oxunub:1812
2018-ci il ərzində torpaqlardan təyinatına uyğun və səmərəli istifadə ilə bağlı İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1245 hal üzrə inzibati protokollar tərtib edilib.
Azvision.az xəbər verir ki, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov komitədə keçirilən müşavirədə çıxışı zamanı deyib. Onun sözlərinə görə, kənd təsərrüfatı məqsədi ilə (əkinçilik və heyvandarlıq) 69 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Bu dövrdə 2117 müraciət üzrə 8805 hektar bələdiyyə torpaqları müsabiqə və ya hərraclar vasitəsilə icarəyə verilib.

"Xəzər dənizinin sahilboyu 20-50 metrlik hissəsində olan torpaq sahələrindən istifadə vəziyyəti ilə bağlı İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq, 35 hal üzrə inzibati tənbeh tədbirləri tətbiq olunub. Azərbaycan Respublikası Prezidentinin “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilməsi ilə bağlı 2018-ci il 28 dekabr tarixli Fərmana əsasən artıq bu sahədə işlərə başlanılıb, xarici ekspertlərlə işgüzar danışıqlar aparılır. Milli Məkan Məlumatları İnfrastrukturu daha səmərəli idarəetməni təmin edəcək, xüsusən də eyni bir məlumatın təkrar-təkrar toplanmasını aradan qaldıracaq".

Azvision.az



Teqlər: ƏMDK  





Xəbər lenti