UNEC-də “Açıq qapı” günü

UNEC-də “Açıq qapı” günü
  26 Yanvar 2019    Oxunub:2598
Yanvarın 26-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış imtahan sessiyasının növbəti “Açıq qapı” günü İctimai Nəzarət Şurasının üzvləri tərəfindən keçirilib.
UNEC-dən Azvision.az -a verilən məlumata görə, qəbul zamanı tələbələr, valideynlər və arzu edən vətəndaşlar sərbəst şəkildə imtahan sessiyası və ya UNEC-in fəaliyyətinə dair istənilən məsələ ilə bağlı müraciət və problemlərini səsləndiriblər. Tələbə, valideyn və vətəndaş müraciətlərini yalnız İctimai Nəzarət Şurasının üzvləri dinləyib. Media orqanları, ictimaiyyət nümayəndələri, valideynlər və sıravi vətəndaşlar üçün keçirilən “Açıq qapı” günündə müraciətlər dinlənilir və suallar cavablandırılır.

İctimai Nəzarət Şurasının üzvləri imtahanla bağlı tələbə və vətəndaşların müraciətlərini dinlədikdən sonra onların həlli və araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi məqsədilə UNEC-in rektoru, professor Ədalət Muradovla görüşüblər. Bildirilib ki, müraciətlər qaib limitinin aşılması, elmi vəzifənin alınması, xarici ölkədə pedaqoji fəaliyyətə başlamaq, təcrübə müəssisəsinin dəyişdirilməsi və imtahan nəticələri ilə bağlı olub. Görüşdə bəzi müraciətlər yerində həll edilib, digərlərinin əlavə araşdırılması məqsədilə müvafiq göstəriş verilib.

“Açıq qapı” günü ilə bağlı fikirlərini bildirən İctimai Nəzarət Şurasının üzvləri ötən illərə nisbətdə bu il müraciətlərin sayının azaldığını vurğulayaraq, bu halı UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan davamlı islahatların müsbət nəticəsi kimi qiymətləndiriblər. Qeyd edilib ki, sessiya və imtahan prosesi yüksək səviyyədə təşkil olunub. Tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün lazımi imkanlar yaradılıb.

Xatırladaq ki, hər həftənin şənbə günü keçirilən “Açıq qapı” günləri imtahan sessiyasının sonuna kimi davam edəcək.

Azvision.az


Teqlər: UNEC  





Xəbər lenti