Taleh Ziyadov ötən ilin hesabatını verdi
Tədbirdə QSC-nin son bir il ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verilib. Baş direktor Taleh Ziyadov Prezident İlham Əliyevin şəxsi diqqəti sayəsində bu gün iqtisadiyyatımızın bütün sahələri kimi nəqliyyat sektorunun da sürətlə inkişaf etdiyini vurğulayıb.
Bildirilib ki, 2018-ci ildə ümumi yükaşırmanın həcmi 3,8 milyon tona yaxın olub. Ümumi yükaşırmanın 84,5 faizi (3,2 milyon ton) tranzit yükaşırmanın payına düşüb. Gəmi yanalmalarının sayı isə 1280 (Dəniz vağzalı xaric) ədəd olub. Hesabat ilində Bakı Limanında göstərilən ayrı-ayrı xidmətlər üzrə artım müşahidə edilib. Belə ki, TEU ekvivalentində 22 min 189 sayda konteyner aşırılıb ki, bu da 2017-ci illə müqayisədə 44,7 faiz artım deməkdir ( 2017-ci ildə 15 337 TEU). Həmçinin Bakı Limanından hər iki istiqamətdə (Türkmənistan, Qazaxıstan) xidmətlərindən istifadə edən sərnişinlərin sayında 2017-ci illə müqayisədə 44 faiz artım qeydə alınıb və 47 min 736 nəfər təşkil edib.
Azvision.az
Teqlər: Bakı-Limanı