Azvision.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair” hesabatda deyilir. Qeyd olunub ki, il ərzində 32 milyon 666 min 400 ton neft ixrac edilib ki, bunun da 31 milyon 247 min 900 tonu konsorsiumun, 1 milyon 418 min 500 tonu SOCAR-ın payına düşüb. Xam neftin emalı 6 milyon 95 min ton olub ki, bu da proqnozdan 184 min ton çoxdur.
OPEC+ çərçivəsində Azərbaycan gündəlik neft hasilatını 35 min barrel azaldaraq hasilat həcmini 834 min barrel səviyyəsində saxlamaqla bağlı öhdəlik götürüb. Hesabat ili ərzində orta gündəlik neft hasilatı təxminən 792,5 min barrel olub.
Azvision.az