Bu il 6,4 mindən çox vərəsəyə ödəmə veriləcək
Nazirlikdən Azvision.az -a verilən məlumata görə, həmçinin ötən il müharibə əlillərinə 265 minik avtomobili təqdim olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası olaraq isə ötən ilin sonunadək artıq 3 097 şəhid hərbi qulluqçunun 4 190 vərəsəsinə 11 min manat məbləğində birdəfəlik ödəmə verilib. Onlara 34 mln. manat vəsaitin ödənilməsi təmin edilib və cari il ərzində daha 6,4 mindən çox şəhid hərbi qulluqçunun vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı həyata keçiriləcək.
Ünvanlı dövlət sosial yardım proqramının icrasında ünvanlılığın, şəffaflığın təmin edilməsi, neqativ halların qarşısının alınması tədbirləri həmin yardımı alan ailələrin sayının 2018-ci il ilin dekabrında əvvəlki ilin dekabr ayı ilə müqayisədə 46 faiz (36 854 ailə) azalaraq 42 683-ə düşməsinə səbəb olub. Bu istiqamət üzrə vəsaitlərin ünvanlı xərclənməsinə ciddi nəzarət tədbirləri nəticəsində 102,2 mln.manat büdcə vəsaitinə qənaət edilib, sosial yardımların ödənişinə ümumilikdə 104 mln. vəsait xərclənib. Dövlət başçısının 19 dekabr 2018-ci il tarixli Sərəncamına əsasən isə, 28 dekabr 2018-ci il tarixə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə 100 manat məbləğində birdəfəlik yardım ödənilib.
Azvision.az
Teqlər: ƏƏSMN