Bakıda 52 şagird inklüziv təhsilə cəlb olunub

Bakıda 52 şagird inklüziv təhsilə cəlb olunub
  10 Yanvar 2019    Oxunub:2345
Ötən il UNICEF-lə birgə layihə çərçivəsində Bakı şəhəri üzrə 4 ümumtəhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib.
Təhsil Nazirliyindən Azvision.az -a verilən məlumata görə, həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar bir sıra işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırda inklüziv təhsillə bağlı UNICEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən iki layihə icra olunur. 2017-2018-ci tədris ilində ümumilikdə ölkə üzrə sağlamlıq imkanları məhdud 10 min 130 uşaq xüsusi təhsilə cəlb edilib.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını təmin edir.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti