“Azərenerji” ixracı 14,2 % artırıb
Qeyd olunub ki, Azərbaycandan Rusiya, Gürcüstan, İran və Türkiyəyə ixrac olunan elektrik enerjisi 2017-ci illə müqayisədə 2018-ci ildə 175 milyon kilovatsaat və ya 14,2% artıb:
“İyul ayında elektrik enerji sistemində yaranan böhran səbəbindən Prezident İlham Əliyev tərəfindən yaradılan Dövlət Komissiyasının yekun rəyindən sonra həyata keçirilən islahatlar və “Ölkə enerjisistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədi ilə hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı”na uyğun olaraq, görülən işlər nəticəsində “Azərenerji” ASC tərəfindən ciddi irəliləyişlər əldə edilməkdədir”.
Azvision.az
Teqlər: Azərenerji İxrac