Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyası yaradılıb
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və İqtisadiyyat Nazirliyinin Sənaye şöbəsinin müdir müavini Fikrət Qurbanov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının gələcək fəaliyyəti, bu sahədə qabaqcıl beynəlxalq təcrübə barədə fikirlərini bölüşüblər.
Tədbirdə çıxış edən “Asena Ko” MMC-nin direktoru Vahid Hümmətov, “ATEF Şirkətlər Qrupu”nun İdarə Heyəti sədrinin müavini Nadir Kərimov və “Bakı Polad Burazlar” ASC-nin İdarə Heyətinin sədri Zakir Nəsirov maşın və avadanlıq istehsalı sahəsində Assosiasiyanın təsis olunmasının sənaye müəssisələrinin fəaliyyətinin təşkili, korporasiya əlaqələrinin günişləndirilməsi və birgə əməkdaşlıq baxımından əhəmiyyətli olacağını qeyd ediblər.
Tədbirdə təşkilati məsələlər müzakirə olunub, Assosiasiyanın nizamnaməsi təsdiq edilib, İdarə Heyətinin üzvləri seçilib. “Azərmaş” ASC İdarə Heyətinin sədri Emin Axundov Maşın və Avadanlıq İstehsalçıları Assosiasiyasının İdarə Heyətinin sədri seçilib.
Azvision.az
Teqlər: Azərmaş