Energetika Nazirliyinin 4 xidməti elektronlaşıb
“Qaz istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” və “Enerji istismarı qaydalarının pozulmasına görə cərimələrin internet vasitəsilə ödənilməsi” xidmətlərindən istifadə etməklə tətbiq olunan cərimələrin ödənilməsi üçün www.asanpay.az portalına keçid verilib.
Hesabat dövründə Energetika Nazirliyi tərəfindən verilən 11 icazə “Dövlət xidmətləri” portalına (www.dxr.az) daxil edilib. Bununla da nazirlik tərəfindən verilən bütün icazələrin (17 icazə) “Dövlət xidmətləri” portalında yerləşdirilməsi təmin olunub. “İxrac nəzarətinə düşən və Energetika Nazirliyinin səlahiyyətinə aid olan malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı və tranziti üçün xüsusi icazənin verilməsi”, “Qazın istehsalına və təbii qazın emalına icazə”, “Sənaye qaz qurğusunun istismarına icazə”, “Neft və neft məhsullarının emalına icazə”, “İxrac məqsədli neft-qaz fəaliyyəti üçün podratçılara və subpodratçılara xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi” xidmətlərindən nazirliyin “Elektron xidmətlər” portalına keçid təmin olunub.
Azvision.az
Teqlər: Energetika-Nazirliyi