Ölkə üzrə 229 min ton pambıq yığılıb
Xatırladaq ki, ölkədə pambıq istehsalı üzrə ən yüksək nəticə 1981-ci ildə əldə olunmuş, 1 milyon tondan çox pambıq yığılmışdı. Sonradan bu sahəyə diqqətin zəifləməsi pambıqçılıqda tənəzzülün yaranmasına gətirib çıxardı. Hazırda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlər çərçivəsində ənənəvi kənd təsərrüfatı sahələrinin, o cümlədən pambıqçılığın inkişafı ön plana keçib, bu sahəyə dövlət dəstəyi artırılıb.
2015-ci ildə 18 min hektarda çiyid səpilmiş, 35 min ton məhsul yığılmışdısa, 2016-cı ildə əkin sahəsi 51 min hektara, tədarük 89 min tona çatmışdı. 2017-ci ildə isə pambıq tarlalarının sahəsi 136 min hektarı ötmüş, məhsul yığımı isə 2016-cı ilin ümumi göstəricisindən 2,3 dəfə çox olmuşdu.
Azvision.az
Teqlər: Pambıq