“Qara qızıl”ın kəskin ucuzlaşmasının səbəbi nədir? - ŞƏRH
"Rusiya isə öz növbəsində, mərhələli olaraq hasilatı azalda biləcəyini qeyd edib. Digər tərəfdən, ABŞ-da şist neft hasilatının sürətli artımı, bazarda təchizat bolluğu yaradacağına və OPEK+ çərçivəsində qəbul edilən miqdarın bazarın tənzimlənməsi üçün yetərli olmayacağı düşünülür. ABŞ Enerji İnformasiya Administrasiyasının proqnozuna görə, ABŞ-ın şist neft hasilatı yanvar ayında dekabr ayına görə günlük 134 min barel artaraq 8,2 milyon barelə çatacaq.
Eyni zamanda, ABŞ Federal Ehtiyat Sistemi (FES) bu il, 4-cü dəfə faizləri artırdı, bu da, öz növbəsində dünya birjalarının ötən həftə təqribən 3 faiz dəyər itirməsinə səbəb oldu. Yüksək faizlər, qlobal miqyasda satınalma gücünün zəifləməsinə, nəticədə qlobal iqtsadi artımın yavaşlamasına təsir göstərir. Bütün bu faktorlar neft qiymətləri üzərində təzyiqi artırır və aşağı düşməsinə səbəb olur”.
Eksertin sözlərinə görə, Beynəlxalq Enerji Agentliyi hesab edir ki, 2025-ci ilə qədər bir çox məhsuldar neft sahələri istismar dövrünü tamamlayacaq və bəzi sahələrdə əsasən 2020-ci ildən sonra pik sonrası eniş yaşanacaq. Dolaysıyla, əgər neft sahələrinə yeni investisiyalar qoyulmazsa, hasilat 2025-ci ilə qədər hər il orta hesabla 8% azala biləcək.
Elvin Abdulqədirov
Azvision.az
Teqlər: Neft