“Elektron kənd təsərrüfatı” sistemi gələn il hazır olacaq
"Bütün xidmətlərin elektron hökumət üzərindən həyata keçirilməsi fermerlərə əlavə üstünlüklər yaradacaq. Onların məhsuldarlıq və satış üzrə proqnozlaşdırma imkanları, məlumatlılığı artacaq, dövlət xidmətlərinin sadələşdirilməsinə və sənədlərin azaldılmasına, xidmətlərin əlçatanlığına, habelə yeni bazar alətlərinin tətbiqinə imkan verəcək".
Nazir qeyd edib ki, intensiv inkişaf mexanizmlərinin daha sürətli tətbiqi hesabına məhsuldarlığın yüksəldilməsində ciddi nəticələrə nail olmalıyıq: "Texnoloji transferlərin dəstəklənməsi və resursqoruyucu texnologiyaların fəal tətbiqi sayəsində iqlim dəyişikliklərinin mənfi təsirlərinin yumşaldılmasını və ətraf mühitin qorunmasını təmin etməliyik".
Azvision.az
Teqlər: İnam-Kərimov KTN