Dünyanın varlı insanları 511 milyard dollar itirib
Azvision.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Qeyd olunub ki, hazırda dünyadakı ən zəngin insanların ümumi varidatları 4,7 trilyon dollar təşkil edir.
Ən varlı Rusiya vətəndaşlarının siyahısında yer alan 25 nəfərdən 16-sı ziyan görüb. Ən çox ziyana düşən biznesmen Oleq Deripaskidir. ABŞ-ın “qara siyahısı”na düşdükdən sonra onun aktivləri 5,7 milyard dollar azalıb.
Asiyalı milyarderlər arasında ən çox ziyan görən isə “Wanda Group” şirkətlər qrupunun sahibi Van Szyanlin olub. Onun hesabından 11,1 milyard dollar azalıb. Milyarderlərin bu ilki ziyanı dünya ticarətindəki gərginlik, ABŞ-la Çin arasındakı ticarət münaqişəsi, ABŞ iqtisadiyyatının zəifləmə ehtimalı, həmçinin, bazarlarda qiymətlərin azalması ilə əlaqədardır.
İlkin Nəcəfzadə
Azvision.az
Teqlər: Dollar