“Kənddən Şəhərə” yarmarkası fəaliyyətə başlayıb - FOTOLAR

 “Kənddən Şəhərə” yarmarkası fəaliyyətə başlayıb -    FOTOLAR
  21 Dekabr 2018    Oxunub:14610
Bu gündən Bakıda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları işə başlayıb. Azvision.az xəbər verir ki, Bakıda Nizami küçəsi 154 ünvanında təşkil olunan yarmarkada 110 fermer iştirak edir. Bundan başqa, 33 arıçı məhsullarını yarmarkaya çıxarıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin direktoru Leyla Məmmədova bildirib ki, dekabrın 30-dək davam edəcək yarmarkada azərbaycanlı fermerlər pulsuz iştirak edirlər. O, qeyd edib ki, təmsil etdiyi qurumun təşkil etdiyi “Kənddən Şəhərə” yarmarkalarına çıxarılacaq məhsullar Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən yoxlanıldıqdan sonra satışa buraxılıb.



Direktor əlavə edib ki, nazirlik qiymətlərin formalaşmasında iştirak etmir. Belə ki, qiymətlər tələb-təklif əsasında müəyyən edilib. Bununla belə, qiymətlərin münasib olması üçün fermerlərlə danışıqlar aparılıb, maarifləndirici işlər görülüb.



Qeyd edək ki, yarmarkanın keçirilməsində məqsəd paytaxt əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eyni zamanda, süni qiymət artımının qarşısının alınmasıdır.



Xatırladaq ki, dekabrın 30-dək davam edəcək və bütün növ yerli kənd təsərrüfatı məhsullarının satışının təşkil olunacağı yarmarkada alıcılar meyvə-tərəvəz, müxtəlif çərəzlər, qablaşdırılmış məhsullar, bal və digər məhsullar ala bilərlər.















Azvision.az


Teqlər: Yarmarka  





Xəbər lenti