Dövlət Muğam Teatrı ləğv edildi

Dövlət Muğam Teatrı ləğv edildi
  05 Noyabr 2013    Oxunub:1362
Gələn il yanvarın 1-dən Azərbaycan Dövlət Muğam Teatrı ləğv ediləcək.
AzVision.az Nazirlər Kabinetinin rəsmi saytına istinadən xəbər verir ki, ləğv edilən Azərbaycan Dövlət Muğam Teatrının sərbəstləşmiş ştat vahidlərindən 30 ştat vahidi Beynəlxalq Muğam Mərkəzinə, 25 ştat vahidi isə R.Behbudov adına Dövlət Mahnı Teatrına veriləcək.

Qərar Mədəniyyət və Turizm Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmış təklifini nəzərə almaqla verilib.

Mirvari


Teqlər:  





Xəbər lenti