151 fermerə 10 milyon manat kredit verilib

   151 fermerə 10 milyon manat kredit verilib
  18 Dekabr 2018    Oxunub:6672
"Bu il 41 rayondan olan 151 fermerə 10 milyon manat kredit verilib".
Azvision.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev bildirib.

Onun sözlərinə görə, ümumilikdə 84 heyvandarlıq, 19 bağçılıq sahəsinə kredit ayrılıb: "Kənd təsərrüfatında rəqabət qabiliyyətinin artırılması üçün dəyər zəncirlərinin formalaşdırılması məqsədilə fermer və sahibkarların təklif etdikləri 17 layihə təsdiqlənib və onlardan 8-i ilə müqavilə bağlanıb. Dəyər zənciri layihələrinin başlıca seçim meyarları təsərrüfatlarda innovasiyaların tətbiqi və fermer-emalçı tərəfdaşlığının qurulmasıdır".



M.Əliyev qeyd edib ki, baytarlıq xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə özəl baytarlıq xidmətlərinin təqdiminə hazırlıq üçün 6 rayonun - Zaqatala, Qax, Balakən, Şəki, Oğuz, Qəbələnin baytar-həkimlərinə Dünya Bankı ilə birgə "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi" çərçivəsində təlim keçirilib və təlimlərə 194 baytar-həkim qatılıb:

"2018-ci il dekabrın 1-dək 401 435 iribuynuzlu heyvan S19 vaksini ilə, 1477350 xırdabuynuzlu heyvan REV1 vaksini ilə peyvəndlənib. Aparılan planlı fəaliyyət nəticəsində 3-4 il ərzində bruselyoz xəstəliyinin Azərbaycanda aradan qaldırılması nəzərdə tutulub. Bundan başqa, ilk dəfə olaraq 3 bitki-kartof, qarğıdalı və meyvə bağları üzrə zərərvericilərə qarşı inteqrir mübarizə təlimləri keçirilib. Ümumilikdə, 30 təlimdə 900-dən artıq fermer və mütəxəssis iştirak edib".

Elvin Abdulqədirov
Azvision.az



Teqlər: Nazirlik  





Xəbər lenti