Azərbaycan nefti ucuzlaşıb
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 13-də 60,88 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,84 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 13-də 57,51 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 0,39 dollar/barel azdır
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti dekabrın 13-də 59,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,73 dollar/barel azdır.
Azvision.az
Teqlər: Neft