Azərbaycan neft hasilatının azaldılması qərarını dəstəklədi
Yeni qərarı şərh edən energetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi və neftin qiymətinin sabitləşməsi üçün OPEC+ ölkələrinin bu qərarını yüksək qiymətləndirib: “Son vaxtlar siyasi və iqtisadi amillərin təsiri ilə neftin qiyməti ucuzlaşırdı və proses davamlı xarakter alırdı. Bazarda istehsalın istehlakı üstələməsi və dünya iqtisadiyyatında zəifləmə prosesinin gələn il üçün də proqnozlaşdırılması neftin ucuzlaşmasını təmin edirdi. Neft bazarına yeganə dəstəyi ancaq OPEC+ ölkələri verə bilərdi. Bugünkü qərar neft istehsalçıları, ümumən neft bazarı və neft sənayesinin inkişafı üçün çox mühüm bir addım oldu.”
Qeyd edək ki, OPEC+ ölkələri tərəfindən gündəlik neft hasilatının 6 ay müddətinə azaldılması nəzərdə tutulub.
Azvision.az
Teqlər: Neft