Ötən il Azərbaycanda 317 qadın zorakılığa məruz qalıb

Ötən il Azərbaycanda 317 qadın zorakılığa məruz qalıb
  26 Noyabr 2018    Oxunub:1295
"Bu gün ölkəmizdə qanunvericilik bazası təkmilləşdirilir, fərman və sərəncamlar imzalanır, dövlət proqramları icra edilir. "Uşaq hüquqları haqqında” qanun, bir çox dövlət proqramları, vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyanın inkişafında xüsusi rol oynayır"
Azvision.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib. Onun sözlərinə görə, Ailə Məcəlləsində dəyişiklik edilərək qadınlara ailə qurmaq üçün minimum yaş həddi 17-dən 18-ə qaldırılıb, Cinayət Məcəlləsində qadını, xüsusən yetkinlik yaşına çatmayan qızları nikaha daxil olmağa məcbur etməyə görə xüsusi maddə ilə məsuliyyət müəyyən edilib.

"Erkən nikahlarla bağlı statistikaya nəzər yetirəndə görürük ki, 2011-ci ildə təxminən 5.138 fakt aşkarlanmışdısa, indi bu rəqəm 10 dəfədən də çox aşağı düşərək 2017-ci ildə sayı 317 təşkil edib. Komitənin nəzdində fəaliyyət göstərən 11 regional Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən baş verən erkən nikah faktlarının, zorakılıq hallarının qarşısının alınması istiqamətində işlər davam etdirilir. Mərkəzlərdə risk qrupundan olan qadın və uşaqlara hüquqi, psixoloji və digər müvafiq xidmətlər göstərilir".

Azvision.az


Teqlər: Hicran-Hüseynova   Qadın  





Xəbər lenti