Fransada etirazlar: Makronun istefası tələb olunur - FOTOLAR
Aksiyaların konkret lideri olmadığından Fransa hökuməti danışıqlar aparmaqda və etirazı yatırmaqda çətinlik çəkir. Artıq aksiyalarda nəinki benzin qiymətlərinin artması, o cümlədən sosial-iqtisadi sahəni əhatə edən müxtəlif istəklər və istefa tələbi də irəli sürülməyə başlayıb ki, bu cür vəziyyətin Emmanuel Makronun prezidentliyini riskə atdığı, ultra-sağçıların mövqeyini isə gücləndirdiyi qeyd olunur.
Xatırladaq ki, 17 noyabrdan etibarən bütün Fransa ərazisində benzin qiymətlərinin qalxmasından şikayət edən sürücülərin irimiqyaslı etiraz aksiyaları keçirilir. Etirazçılar aksiyaya fransalı sürücülərin işığı əks etdirən xüsusi üst geyimi olan “sarı gödəkçələr” adını veriblər. Nümayişlər zamanı indiyədək 2 nəfər ölüb, onlarla xəsarət alan var. Ötən həftə ümumilikdə 290 minə yaxın Fransa vətəndaşı etirazlara qoşulub.
Leyla Elbrusqızı
Azvision.az