Məktəblərdə 700 direktor yeri boşdur

Məktəblərdə 700 direktor yeri boşdur
  21 Noyabr 2018    Oxunub:16438
Noyabrın 22-də dövlət ümumtəhsil müəssisələrinin direktoru vəzifəsinə işə qəbul üzrə müsabiqənin imtahan mərhələsinə başlanılacaq. Bu mərhələdə 1600-dən artıq namizədin iştirak edəcəyi gözlənilir.
Təhsil Nazirliyindən Azvision.az-a verilən məlumata görə, imtahanların Azərbaycan Dövlət İqtisad Universitetinin 2 nömrəli tədris binasında (ünvan: Akademik Həsən Əliyev küçəsi 135) keçirilməsi nəzərdə tutulub.

İmtahanın keçiriləcəyi gün və saat barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib. İmtahana gələrkən namizədlərdən özləri ilə yalnız şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur.

Bu mərhələdə namizədlərə əmək və təhsil qanunvericiliyi, idarəetmə, məntiq əhatə olunmaqla 60 test tapşırığı təqdim olunacaq.

Qeyd edək ki, müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

Məktəb direktorlarının işə qəbulu üzrə müsabiqəyə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

Azvision.az




Teqlər:





Xəbər lenti