Paracüdo millimiz altı medal qazanıb
Noyabrın 17-də kişılər arasında yarışda mübarizə aparan Azərbaycan idmançısı Hüseyn Rəhimli (81 kq) Fransadan, Yaponiyadan və İrandan olan rəqiblərini məğlub edərək yarımfinala vəsiqə əldə edib. Bu mərhələdə idmançımiz ukraynalı rəqibinə ipponla qalib gələrək finala vəsiqə qazanıb. H.Rəhimli həlledici görüşdə Koreya təmsilçisinə uduzaraq dünya çempionatının gümüş medalına yiyələnib.
Tatami üzərinə çıxan digər paralimpiyaçımız İlham Zəkiyev (100 kq-dan yuxarı) əlcəzairli rəqibini, daha sonra Türkiyə idmançısını ipponla məğlub edərək yarımfinala yüksəlib. İkiqat paralimpiya çempionumuz yarımfinalda koreyalı rəqibinə uduzaraq üçüncü yer uğrunda mübarizə aparıb. İ.Zəkiyev braziliyalı rəqibini ipponla məğlub edərək dünya çempionatında bürünc medalla kifayətlənib.
Xatırladaq ki, paracüdoçularımız dünya çempionatının ilk günündə noyabrın 16-da dörd medala sahib olmuşdu.
Beləliklə, çempionatın iki gününün reytinq cədvəlində Azərbaycan milli komandası yarışda iştirak edən 42 komanda arasında üçüncü yerdədir.
Fərdi yarışlarda millimiz ümumi nəticədə çempionatda bir qızıl, iki gümüş və üç bürünc medal qazanıb.
Qeyd edək ki, mundialda 43 ölkədən 268 idmançı mübarizə aparır. Noyabrın 18-də çempionatda komanda yarışlarına start veriləcək.
Azvision.az
Teqlər: