Əli Rəhimzadə dünya çempionatının finalında
Əfqan Xaşalov mundiala inamlı start verib. Həmyerlimiz ilk görüşdə gürcü güləşçi üzərində parlaq qələbə qazanıb. Ancaq Xaşalov 1/4 finalda özbəkistanlı idmançıya müqavimət göstərə bilməyib.
Əli Rəhimzadənin ilk görüşü ağır mübarizə şəraitində keçib. Kanada təmsilçisiylə qarşılaşmada hesabda 1:3 geridə olan Rəhimzadə son saniyələrdə əldə etdiyi 2 xal sayəsində növbəti mərhələyə yüksəlib. Əli Moldova nümayəndəsini də üstələyərək, adını yarımfinala yazdırıb. Yarımfinal görüşü axşam seansında keçirilib. Macar güləşçidən də güclü olan Rəhimzadə finala vəsiqə qazanıb. Pəhləvanımızın qızıl medal uğrunda mübarizəsi noyabrın 17-də axşam seansında baş tutacaq.
Füzuli Hüseynov gürcü rəqibiylə görüşdə hesabı açan tərəf olsa da, təşəbbüsü əldən verərək uduzub.
Azvision.az
Teqlər: Güləş Dünya-Çempionatı