Əliyar Ağayev Millətlər Liqasına təyinat alıb

Əliyar Ağayev Millətlər Liqasına təyinat alıb
  16 Noyabr 2018    Oxunub:8719
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev ilk dəfə UEFA Millətlər Liqasının oyununa təyinat alıb.
Azvision.az AFFA-nın saytına istinadən xəbər verir ki, 31 yaşlı baş hakim B Liqasının IV qrupunda keçiriləcək Danimarka – İrlandiya qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Rza Məmmədov yan xətt hakimləri kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Azvision.az



Teqlər: UEFA   AFFA  





Xəbər lenti