“İdmançılarla bağlı böyük mübahisələr baş verir” - Nazir

 “İdmançılarla bağlı böyük mübahisələr baş verir” -  Nazir
  15 Noyabr 2018    Oxunub:8079
"WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclasının Bakıda keçirilməsi qurumun qısa müddətdə anti-dopinq sahəsində Azərbaycanda görülən işlərdən razı qalmasının göstəricisidir"
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda keçirilən Ümumdünya Antidopinq Agentliyinin (WADA) Təsisçilər Şurası və İcraiyyə Komitəsinin iclasında iştirak edən gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, tədbir çərçivəsində idman ictimaiyyətinin tanınmış simaları Bakıda səfərdədirlər. “İnanırıq ki, burada qaldırılacaq məsələlər gələcək üçün çox vacib olacaq. Bildiyiniz kimi, idmançılarla bağlı böyük mübahisələr baş verir. Bizim əsas məqsədimiz təmiz idman, ədalətli oyunlardır. Ona görə də konfransın bu işlərdə rolunun çox böyük olacağını düşünürük".

Aytən Zəhra
Azvision.az



Teqlər: Azad-Rəhimov  





Xəbər lenti