2037 nəfər məktəb direktoru olmaq istəyir

2037 nəfər məktəb direktoru olmaq istəyir
  12 Noyabr 2018    Oxunub:9058
2018-2019-cu tədris ili üçün dövlət ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu başa çatıb.
Təhsil Nazirliyindən Azvision.az-a verilən məlumata görə, direktor olmaq istəyən 2037 namizəd miq.edu.az saytında qeydiyyatdan keçərək elektron ərizəsini təsdiq edib.

Dövlət ümumtəhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsilli və 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji staja malik və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəxslər iştirak edə bilərlər.

Direktor vəzifəsinə işə qəbul müsabiqəsinə ölkə üzrə 700-ə yaxın vakant yer çıxarılıb.

Azvision.az



Teqlər: Təhsil-Nazirliyi   Məktəb   Direktor  





Xəbər lenti