Karateçilərimiz dünya çempionatına yola düşür
Fərdi yarışlara Firdovsi Fərzəliyev (-60 kq) Rafiz Həsənov (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev (-84 kq), Şahin Atamov (+84 kq), Roman Heydərov (kata), həmçinin Neda Rezai (kata), Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) daxil edilib. Komanda kumite yarışlarında onlara Pənah Abdullayev, Turqut Həsənov, Murad Hacızadə və Asiman Qurbanlı da qatılacaq. Komanda kata turnirində isə Rövşən Əliyev, İsmayıl Quliyev və Tural Balcanlıdan ibarət heyət çıxış edəcək. Onlardan başqa Sahib Əhədov, 33 ölkədən 106 idmançının qatılacağı para-karate üzrə dünya çempionatına qatılacaq.
Karate üzrə 24-cü dünya çempionatında rekord sayda, 140 ölkədən 1147 idmançı iştirak edəcək. Onlar həmçinin Tokio olimpiadasına lisenziya verən reytinq xalları uğrunda mübarizə aparacaqlar. İctimai Televiziya və Radio Yayımları Şirkəti dünya çempionatının finalları və bürünc medal görüşlərini, eləcə də mükafatlandırma mərasimlərini canlı yayımlayacaq. İspaniyanın paytaxtına 3 noyabrda yola düşən heyət 13 noyabr tarixində Bakıya dönəcək.
Azvision.az
Teqlər: Karate