Zeynəb Xanlarova deputat həmkarlarına ETİRAZ etdi

  29 Oktyabr 2013    Oxunub : 498
Zeynəb Xanlarova deputat həmkarlarına ETİRAZ etdi
”Qarabağdan olan deputatlar danışsınlar”
Millət vəkili, Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova parlamentin bugünkü iclasında çıxış edib.

AzVision.az-ın məlumatına görə, Z.Xanlarova ondan öncə çıxış edən deputatların Qarabağ problemindən danışmamasından gileylənib.

“Oqtay müəllim, sizin bir sözünüz məni yaman tərpətdi. Gözəl bir söz dediniz ki, başqa ölkələrdə nə olubsa bizim parlamentdə onu müzakirə edirlər. Nəyimə lazımdır başqa ölkələrdə kim-kimə qulaq asır. Mən istərdim ki, hər dəfə biz Qarabağdan danışaq. Başqa söhbətlər edənlər Qarabağdan olmayan deputatlardır , istərdim ki, Qarabağdan olan deputatlar danışsınlar”-deyə deputat həmkarlarına xəbərdarlıq edib.

Sevinc İltifatqızı

Teqlər: