Sabahın hava proqnozu

  29 Oktyabr 2013    Oxunub : 526
Sabahın hava proqnozu
Hava sabit olacaq, yağış yağmayacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, BakıAbşeron yarımadasında oktyabrın 30-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 8-15, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda oktyabrın 30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimal olunur. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 17-22, dağlarda gecə 1-6, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.

Noyabrın 1-dək respublika ərazisində gözlənilən sabit hava şəraiti kənd təsərrüfatı işlərinin, aqrotexniki tədbirlərin aparılması üçün əsasən əlverişli olacaq. Bu cür hava şəraiti yetişmiş meyvə və tərəvəzin yığılması üçün də münasib olacaq.

Teqlər: