Ölkəyə gətirilən gübrənin həcmi açıqlandı

Ölkəyə gətirilən gübrənin həcmi açıqlandı
  31 Oktyabr 2018    Oxunub:5434
Hər il ölkədə mineral gübrələrə ehtiyac artır.
Azvision.az xəbər verir ki, bu fikirləri Azərbaycana gübrə idxal edən şirkətlərin nümayəndələri ilə görüşdə “Aqrolizinq” ASC-nin sədri Seymur Mövlayev deyib.

O, qeyd edib ki, ”Aqrolizinq” tərəfindən Azərbaycana 2016-cı ildə 26,8 milyon manat dəyərində 73 ton, 2017-ci ildə 44,4 milyon manat dəyərində 65,5 min ton, bu il isə 106,07 milyon manat dəyərində 175 min ton müxtəlif növ mineral gübrələrin gətirilməsi üçün müqavilələr bağlanıb.

”Bu günə kimi artıq 146 min ton gübrə gətirilərək fermerlərin müraciəti əsasında 70 faiz güzəştlə onlara verilib. Gördüyünüz kimi tələbat hər il artır, bu səbəbdən bəzən ehtiyacların qarşılanmasında problemlərin yaranması təbiidir”.

Azvision.az


Teqlər: Gübrə  





Xəbər lenti