İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik etdi
  29 Oktyabr 2013    Oxunub:923
Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş prezidenti Georgi Marqvelaşviliyə təbrik məktubu göndərib.

Ölkə başçısı yeni vəzifəsində Marqvelaşviliyə uğurlar arzulayıb.

“Hörmətli cənab Marqvelaşvili, Gürcüstan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Gürcüstan arasında tarixən təşəkkül tapmış mehriban qonşuluq və dostluq münasibətlərinin genişlənməsi və əməkdaşlığımızın hərtərəfli inkişafı məmnunluq doğurur.

Əminəm ki, ölkələrimiz arasındakı bu ənənəvi dostluq və mehriban qonşuluq münasibətləri, strateji tərəfdaşlığımız və çoxşaxəli əməkdaşlığımız xalqlarımızın və ölkələrimizin rifahı, regionda sülh, sabitlik və tərəqqi naminə bundan sonra da hərtərəfli inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

AzVision.az




Teqlər:  





Xəbər lenti