Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən
Azvision.az-a verilən məlumata görə, yaşa görə pensiyaların orta aylıq məbləği 5,4 faiz çoxalaraq 230,47 manat təşkil edib. Eyni zamanda, cari ilin oktyabr ayında pensiyaların maliyyələşməsinə ötən ilin müvafiq dövrünə nisbətən 3,6 faiz çox vəsait yönəldilib.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasında əmək pensiyası alanların sayı 53 min 608 nəfərdir ki, bu da muxtar respublika əhalisinin 11,78 faizini təşkil edir.
Azvision.az