“Hədəfim Olimpiya çempionluğudur” - Eldəniz Əzizli (VİDEO)

 “Hədəfim Olimpiya çempionluğudur” -  Eldəniz Əzizli (VİDEO)
  27 Oktyabr 2018    Oxunub:8774
Macarıstanda keçirilən dünya çempionatında 55 kiloqram çəki dərəcəsində yarışın qalibi olan Eldəniz Əzizli final görüşündən sonra çempionatdakı çıxışı haqqında danışıb.


Yunan-Roma güləşçimiz qələbəsini belə şərh edib: “Uğurumun səbəbi baş məşqçi Şaban Donatın düzgün məşq sistemidir. Bütün komanda məşqçilərimizin düzgün məşq sistemi sayəsində yaxşı hazırlıq keçmişdi. İnanıram ki, medalların davamı olacaq. Hər zaman yanımızda olan bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm. Dünya çempionatından əvvəl açıqlanan reytinqdə lider olduğum üçün yarışın favoriti sayılırdım. Buna baxmayaraq, yarışın stressi var idi. Çünki bu, dünya çempionatının final görüşü idi”.

E.Əzizli bu il çox uğurlu çıxış etməsinin səbəbini belə izah edib: “İki-üç il əvvəl çəkiləri dəyişmişdilər. Əvvəlki çəki sistemi mənə bir az ağır gəlirdi. Ona görə mən yenidən öz çəki dərəcəmdə çıxış etməyə başladım. Məşqçimiz Turac Hüseynli mənim rəqiblərimdən qat-qat güclü olduğumu deyirdi. Bu da mənə əlavə stimul verirdi. Həm əlimdə, həm də dizimdə zədə olmasına baxmayaraq, dünya çempionu olmağı bacardım. Növbəti hədəfim isə Olimpiya çempionluğudur”.

Güləşçimiz qələbəsini bir neçə ay əvvəl vəfat edən jurnalist Akif Şahverdiyevin xatirəsinə ithaf etdiyini də bildirib.

Azvision.az


Teqlər: Eldəniz-Əzizli  





Xəbər lenti