Güləşçimiz erməni idmançıya qalib gəldi

Güləşçimiz erməni idmançıya qalib gəldi
  26 Oktyabr 2018    Oxunub:6990
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, yarışın 7-ci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.

Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov qırğız güləşçiylə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.

İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov 1/16 finalda erməni güləşçiylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamran 1/8 finalda ukraynalı güləşçini də üstələyib.

Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. Həmyerlimiz növbəti mərhələdə yunan həmkarına heç bir şans tanımayıb.

Azvision.az



Teqlər: Güləş   Yarış  





Xəbər lenti