"Qarabağ" "Vorskla"ya uduzdu - Yenilənib

"Qarabağ" "Vorskla"ya uduzdu -  Yenilənib
  26 Oktyabr 2018    Oxunub:8567
Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir.
Azvision.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” Bakıda Ukraynanın “Vorskla” klubunu qəbul edib. Görüş qonaqların 0:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Qurban Qurbanovun komandası qrup mərhələsində keçirdiyi hər 3 oyunda məğlubiyyətlə üzləşib.

***
Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda saat 20:55-də başlayacaq “Qarabağ” – “Vorskla” (Ukrayna) oyunu üçün heyətlər açıqlanıb.

Kpmandalar meydana aşağıdakı tərkibdə çıxacaqlar:

"Qarabağ": 13. Vagner da Silva, 5. Maksim Medvedev, 14.Rəşad Sadıqov, 52. Yakub Jezniçak, 77. Donald Gerye, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Аraz Abdullayev, 17.Abdullah Zubir, 7. İnnosent Emeqara

Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 28. Con Delarj, 91. Coşqun Diniyev, 11. Mahir Mədətov,

“Vorskla”: 1.Boqdan Şust, 82. Pavel Rebenok, 4. İqor Perduta, 5. Nacib Yakubu, 6. Aleksandr Sklyar, 17. Vladimir Çesnakov, 23. Vadim Sapay, 44. Ardin Dalku, 11.Vyaçeslav Şarpar, 10.Vladislav Kulaç, 26. Yuri Kolomoeç

Ehtiyat oyunçular: 21. Aleksandr Tkaçenko, 8. Artem Qabelok, 9. Mixail Serqiyçuk, 13. Maryan Mısik, 14. Nikolas Kareka, 19. Vladimir Odaryuk, 33. Aleksandr Çijov

Qeyd edəkki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanı İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Roi Raynşrayber olacaq. Danni Krasiku və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Azvision.az



Teqlər: Qarabağ  





Xəbər lenti