Yeniyetməlik və gənclik dövrünün psixologiyasına aid seminar keçiriləcək

Yeniyetməlik və gənclik dövrünün psixologiyasına aid seminar keçiriləcək
  24 Oktyabr 2018    Oxunub:12670
Azərbaycan Elm Assosiasiyası “Qafqaz Point Hotel”də 2018-ci il tarixində saat 11:30-da “Yeniyetməlik və gənclik dövrünün psixologiyası” mövzusu üzrə seminar keçirəcək.
Yeniyetməlik dövrü insan həyatında ən maraqlı, həm də ən çətin dövr hesab olunur. Psixoloji baxımdan insanın ən həssas olduğu bu dövrdə ortaya çıxan problemlər əksər hallarda oxşar olur. Stress, başqaları ilə münasibətdə çətinliklər, aqressivlik, eqoizm kimi hallar bunlara misal ola bilər.

Bu problemlər bəzən sadə görünsə də, sonrakı mərhələlərdə daha ağır nəticələrə səbəb ola bilir. İntihara meyillilik, zərərli vərdişlərə yiyələnmək və hətta cinayət törətmə halları fərdin gələcək həyatına, cəmiyyətdə öz yerini tutmasına da təsirsiz qalmır. Bu səbəblərə görə, yeniyetmə və gənclik dövründəki psixoloji vəziyyətin dərindən öyrənilməsi psixologiya elminin qarşısında duran əsas vəzifələrdən biridir.

Amina Qurbanlının təqdimatçı olacağı seminar çərçivəsində gənclik dövründə yaşaya biləcəyiniz psixoloji narahatlıqlar, streslər və bunlarla başa çıxma mexanizmləri haqqında məlumat veriləcək.

Daha ətraflı məlumatı BURADAN almaq olar



Teqlər: Psixologiya   Seminar  





Xəbər lenti