68 min tona yaxın dənli bitki toxumları dərmanlanıb

68 min tona yaxın dənli bitki toxumları dərmanlanıb
  24 Oktyabr 2018    Oxunub:5472
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidməti tərəfindən Qobustan rayonunda “Dağlıq Şirvan bölgəsində fitosanitar vəziyyət, taxıl bitkilərinə ziyan vuran orqanizmlər əleyhinə mübarizənin səmərəliliyinin artırılması və pestisidlərin tətbiqi zamanı qarşıya çıxan problemlər” mövzusunda regional müşavirə keçirilib.
Azvision.az Nazirliyə istinadən xəbər verir ki, Dövlət Fitosanitar Xidmətinin rəisi Ələddin Eyvazov deyib ki, taxıl əkinlərinə əsasən xüsusi təhlükəli zərərvericilərdən siçanabənzər gəmiricilər, eləcə də taxıl böcəyi, məftil qurdları daha çox ziyan vurur:

“Cari ilin 9 ayı ərzində Qobustan rayonu üzrə zərərverici və xəstəliklərin yayılma arealını müəyyənləşdirmək məqsədi ilə 119 702 hektar sahədə müşahidələr aparılıb, 43 833 hektarda mübarizə işləri həyata keçirilib. Bunun da 16 653 hektarında aparılan mübarizə işləri büdcə vəsaitinin hesabına olub. Qobustan rayonunda karantin və xüsusi təhlükəli zərərvericilərdən siçanabənzər gəmiricilərə qarşı 22 051 hektar sahədə (16 653 hektar büdcə vəsaiti hesabına), taxıl böcəyinə qarşı 650 hektar sahədə mübarizə işləri aparılıb."

Payızlıq taxıllarda toxumun dərmanlanmasının ən önəmli fitosanitar tədbirlərdən olduğunu diqqətə çatdıran Dövlət Xidmətinin rəisi qeyd edib ki, respublikada cari ildə 67 880 ton dənli bitki toxumları dərmanlanıb.

“Dərmanlama işlərində Selest Top (Tiometoksam +Defenokonazol+Fludioksanil) 1,5-2, Rubin-2 (Tebukonazole)- 0,5, Konil DS (Dikonazole)-1,5, Tebu-60 (Tebukonazole)-0,5 və s kimi yüksək effektliyə malik müasir preparatlardan istifadə edilir. Qobustanda cari ilin 9 ayı ərzində 1830 ton toxum dərmanlanıb”.

“Xəstəlik və zərərvericilər əleyhinə toxumların dərmanlanması zamanı səmərəliliyin artırılması yolları” mövzusunda çıxış edən Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisi Xoşqədəm Ələsgərova bildirib ki, dərmanlanmış toxumlar sayəsində itkisiz və güclü inkişafa malik bitkilər əmələ gəldiyindən bütün bitkilərin məhsuldarlığı artır.

“Kompleks şəkildə aparılmış dərmanlamalar nəticəsində hətta əlverişsiz şəraitdə belə toxumlarin yaxşı cücərtiləri əmələ gəlir. Düzgün seçilmiş preparatlar toxumun və cücərtilərin bəzi fizioloji proseslərinə təsir etdiyindən bitkinin inkişafını stimullaşdırır. Dərmanlanmış toxumlardan vaxtında cücərtilər alınır, cücərtilərin inkişafı ləngimir, güclü inkişaf etmiş bitkilər xəstəliklərə yoluxmur, stressə qarşı davamlı olur və nəticədə keyfiyyətli məhsul alınır. Toxum səpildikdən sonra torpaqda olan zərərli orqanizmlərin təsirinə məruz qalır. Dərmanlama toxumları həm daxildən, həm də torpaq patogenlərindən qoruyur. Cücərtilərin kök çürümə xəstəliyi, eləcə də torpaq zərərvericiləri ilə zədələnməsini azaldır. Payızlıq əkinlərin soyuqa qarşı davamlılığı artır. Həmçinin, insektisidlərin və fungisidlərin səpin materialında olması, sonradan torpağa verilir."

Azvision.az


Teqlər: Toxum   KTN  





Xəbər lenti