"Qarabağ"a texniki məğlubiyyət verildi

"Qarabağ"a texniki məğlubiyyət verildi
  23 Oktyabr 2018    Oxunub:5342
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Azvision.az PFL-in rəsmi saytına istinadən bildirir ki, iclasda Topaz Premyer Liqasının 8-ci turunun “Qarabağ” – “Səbail” matçında qeydə alınan qayda pozuntusuna hüquqi qiymət verilib.

Ağdam təmsilçisinin heyətində protokolda adı qeyd olunmayan futbolçu (Abbas Hüseynov) iştirak etdiyi üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib. Bundan başqa, klub 8000 manat məbləğində cərimə olunub.

Azvision.az


Teqlər: PFL   Qarabağ  





Xəbər lenti